Ən çox verilən suallar

Sualınıza cavab bu bölmədə yoxdursa bizə yaza bilərsiz! Bizimlə Əlaqə


1. Sifariş və gediş haqqı

Taksi sifarişi üçün *9000 nömrəsinə zəng edə bilərsiniz. Qeyd etmək istərdim, ki şəhər telefonlarından zəng pulsuzdur. Həmçinin sifarişi mobil proqram vasitəsi ilə edə bilərsiniz. Bunun üçün Google Play-da axtarışda Bakı Taksi Moblie verib bizim proqramı yükləyə bilərsiniz.

Gediş haqqı aşağıda qeyd olunan tarif ilə hesablanır Əyləşmə - 1 AZN 1-10 km – hər km 0.70 AZN 11-20 km – hər km 0.40 AZN 20 – və yuxarı – hər km 0.20 AZN

Taksi xidmətindən istifadə etdikdən sonra ödənişi həm nağd şəkildə həmçinin POS – terminal vasitəsi ilə edə bilərsiniz

Bizim avtomobilləri ilə siz Abşron yarımadasının istənilən nöqtələrinə səyahət edə bilərsiz. Qeyd olunan ərazidən kənar səyahət etmək yalnız istisna hallarda mümkün olur. Ətraflı məlumat üçün şirkətə müraciət edə bilərsiniz.

Bəli, verilir. Qeyd etmək istərdik ki qəbzin üzərində Bakı Taksi MMC-nın möhürüdə olur.

Sürücü sayğacı iki halda söndürüb yenidən işə sala bilər. Səyahət zamanı ümumi gözləmə vaxtı 10 dəqiqədən çox olan zaman və ya sərnişin öncədən qeyd olunan ünvanlara əlavə səyahət etmək istədiyində.

Sifariş zamanı qeyd olunan vaxtdan sürücü əlavə 10 dəqiqə pulsuz gözləyəcək, sonra sürücü sayğacı işə sala bilər. Sayğac işə salındıqdan 15 dəqiqə sonra sürücü artıq sifarişi imtina olunmuş kimi hesab edib ünvanı tərk edir.

2. Bizim taksilərdə

Baki Taksi MMC-nin nəzdində olan bütün avtomobillər əlil arabalarını daşimaq üçün uyğundurlar. Xüsüsi avadanklıq əsasında əlil arabasını rahatlıqla avtomobilə daxil edib bərkitmək olur. Bu barədə ətraflı məlumat üçün səhifəmizin Üstünlüklər bölməsində əldə edə bilərsiniz.

Qəfəsdə olmaq şərti ilə kiçik ev heyvanlarını və quşların daşınmasına icazə var.

Göstərdiyimiz xidmətdən hər hansı bir narazıçılığınız olarsa və ya hər hansı bir təklifiniz olarsa, *9000 nömrəsinə zəng edib və yacustomer@bakitaksi.az ünvanına öz müraciyətiniz göndərə bilərsiniz. Sorğunuza cavab 3 iş günü ərzində gələcək.

Şəxsi əşyanızı avtomobildə unudanda dərhal *9000 nöməsinə zəng edib bu barədə məlumat verməyiniz məsləhət görülür. Adətən sürücülər avtomobildə hər hansı bir əşya tapdıqda şirkətə təhvil verirlər, amma bəzi hallarda həmin taksiyə sizdən sonra əyləşən sərnişin əşyanızı götürə bilər.

Şirkət haqqında:

“Bakı Taksi” MMC 27 aprel 2010-cu il tarixində təsis edilmişdir. Bakı şəhərində
taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 1000 ədəd bənövşəyi London Taxi TX 4 avtomobilləri gətirilmiş və taksi fəaliyyətinə 13 iyun 2011-ci il tarixində start verilmişdir.

Yükləmələr:

Taksi sifarişi üçün mobil tətbiqetməmimizi yükləyin:

Bizimlə əlaqə

  info@bakitaksi.az
  +99412 411 7471
  +99412 411 7483