“Bakı Taksi MMC” Şirkəti 27 aprel 2010-cu il tarixində təsis edilmişdir. Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 1000 ədəd bənövşəyi London Taxi TX 4 avtomobilləri gətirilmiş və taksi fəaliyyətinə 13 iyun 2011-ci il tarixində start verilmişdir. London Taksiləri məhz taksi qismində istifadə edilmək üçün lahiyələndirilmiş dünyada yeganə növ nəqliyyat növüdür. Avropa standartlarına tam cavab verən London Taksilərində sərnişinin rahatlığı üçün hər incəlik nəzərə alınmışdır. Hal-hazırda “Bakı Taksi MMC” Bakı şəhərində bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdəndir. Böyük avtopark minimum müddət ərzində şəhərin istənilən nöqtəsinə taksi sifarişinin həyata keçirilməsinə şərait yaradır. Avtomobillərimiz hər gün texniki baxışdan keçirilir və saz vəziyyətdə istismara buraxılır.


Bakı sakinlərinin yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən nəqliyyat xidmətinə olan artan tələbi bu sahədə dəyişikliklərin zəruriliyinə gətirib çıxarmış və bu sahədə tədbirlər görülməyə başlanmışdı. Bu məqsədlə geniş araşdırmalar aparılmış və bütün mümkün variantlar nəzərdən keçirilmişdi. Hədəf - Bakı şəhərinin ənənəvi taksi xidmətindən inqilabi şəkildə fərqlənə biləcək bir xidmət qurmaq idi. Aparılan araşdırmalar nəticəsində günü-gündən gözəlləşən şəhərimizə dünya səviyyəli London Taksi Şirkəti avtomobillərininin gətirilməsi qərara alındı. London Taksiləri yalnız və yalnız taksi fəaliyyəti üçün yaradılmış və tamamilə bu sahədə ixtisaslaşmış bir brenddir. Bunun nəticəsi olaraq 2011-ci ildə London Taksi Şirkəti ilə müqavilə bağlandı və Bakı Taksi Şirkəti yarandı. Qısa müddət ərzində xidmətin həyata keçirilməsi üçün bütün infrastruktur yaradıldı, avtomobillər sayğac və digər zəruri avadanlıqlarla təchiz edildi. London Taksi standartlarına uyğun olaraq təşkil edilmiş tədris mərkəzlərində təlim görmüş peşəkar sürücülər vasitəsi ilə xidmət göstərilməyə başlandı. Lakin bununla kifayətlənmədik. Bu il tamamilə yenilənmiş, ən son texnologiya və avadanlıqlarla təchiz edilmiş Müştəri Xidmətləri Mərkəzimiz yarandı, rahat taksi sifariş etmək üçün mobil tətbiqetməmiz yarandı. Bununla xidmət səviyyəmiz dəfələrlə yüksəldi və sərnişinlərimizin rahatlığının tam təmin olunması üçün bütün imkanlar yaradıldı. Təsadüfi deyil ki, Bakı Taksi Şirkəti yarandığı gündən tamamilə yenilənmiş bir xidmət qurmaqla həm şəhər sakinlərinin, həm də yarandığı ərəfədə “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Bakıya qonaq gəlmiş geniş turist kütləsinin böyük rəğbətini qazanmağa nail olmuşdur. Hal-hazırda Şirkətimiz ölkəmizdə keçirilən bütün dövlət əhəmiyyətli tətbirlərin rəsmi tərəfdaşıdır. Buna misal olaraq dünyada ilk dəfə paytaxtımızda keçirilən Avropa Oyunlarını, Baku World Cup 2015 Şahmat Olimpiadasını göstərmək olar. Hal-hazırda daha böyük lahiyələr üzərində işləyirik. Məqsədimiz ümumilikdə taksi xidməti anlayışını yenidən yaratmaq, genişləndirmək və bu xidməti Bakının simvoluna çevirməkdir.


Artıq sizin xidmətinizdə tam yeni müştəri xidmətləri sistemi fəaliyətdədir. Sifarişləriniz peşəkar operatorlar tərəfindən qəbul olunur, GPS xidməti vasitəsi ilə ünvanınız tam dəqiqləşdirilir və Sizə yaxın olan sürücüyə yerləşdiyiniz məkan haqqında tam dolğun informasiya çatdırılır. Bu da vaxt itkisinə yol vermədən, operativ sürətdə müştəriləri sifariş etdikləri məkandan götürməyə imkan yaradır. Müştəri ilə sürücünün ünsiyyətini minimuma endirilmişdir. Bakı şəhərinin hüdüdlarında istədiyiniz telefondan *9000 yiğaraq bizdən taksi sifariş edə bilərsiniz. Müştəri Xidmətləri Mərkəzimiz həftənin 7 günü, günün 24 saatı xidmətinizdədir.


Bakı Taksi MMC bütün yeni işə gələn sürücüləri üçün Sürücü Təlim kursları təşkil edir. Bu kurslar London Taksi Sürücü Təlim Akademiyasının tədris proqramı əsasında yaradılmışdır. Təlimlər təcrübəli mütəxəssislər tərəfindən Baki Taksi Təlim-Tədris mərkəzində keçirilir. Kurslar London Taksi brendinin yaranma tarixini, dunya taksi bazarındakı fəaliyyətini və mövqeyini əhatə etməklə bərabər həm də sürücülərə düzgün davranış qaydalarının, şəxsi gigiyena qaydalarına düzgün riayət edilməsi, xarici görünüşləri və formal geyim qaydalarına əməl etmələrini aşılayır.


Servis mərkəzimiz avtomobillərimizin daimi texniki saz vəziyyətdə sərnişinlərə xidmət göstərməsini təmin edir.1200 m² sahəni əhatə edən və 7/18 iş rejimi ilə işləyən servis mərkəzimizdə hər növ cari və əsaslı təmir, texniki baxış, dəmirçi və rəngsaz işləri orijinal ehtiyyat hissələrindən istifadə etməklə yerinə yetirilir.Görülmüş təmir işləri dünya təcrübəsinə malik olan London Taxi International-ın norma və standartlarına cavab verir Günü-gündən gözəlləşən şəhərimizdə avtomobillərin estetik görünüşünün yüksək olması üçün servis mərkəzinin nəzdnində avtoyuma bölməsi fəaliyyət göstərir.


“Bakı Taksi” MMC-nin Xəttə Nəzarət və Hərəkətin Təhlükəsizlik Xidməti, dislokasiya yerlərində maşınların düzülüşünü, daxili qaydaların pozulmasının qarşısının alınmasını, yol qəza hadisələri zamanı hadisə yerinə vaxtında çatmaq və vəziyyətin araşdırılmasını, sürücülərin səliqəli, vahid geyimdə olmasını, müştərilər tərəfdən qəbul olunan şikayətlərin araşdırılmasını və aradan qaldırılmasını təmin edir.


Bu modellər yalnız taksi məqsədləri üçün istehsal edilmiş avtomobildir. TX4 Avro 4 standartlarına cavab verir, 2500 kubsantimetr həcmində dizel mühərriki ilə, 5 pilləli mexaniki sürət qutusu və hidravlik sükanla təchiz olunmuşdur. Bu avtomobillərin manevr imkanları yüksəkdir. Avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf şüşə ilə ayrılması sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edir. Arxa hissədə nəzərdə tutulmuş üzbəüz 5 oturacaq sərnişinlərə gediş zamanı rahat söhbət etməyə şərait yaradır. Avtomobil sərnişinlərə onlara aid olan hissədən avtomobildə quraşdırılmış hər iki kondisionerlərdən birini idarə etməyə, sürücü ilə danışığı asanlaşdıran sistemdən istifadə etməyə və salonun işığını yandırıb-söndürməyə imkan verir. Buradan sərnişinlər avtomatik şüşə qaldırıcılardan da istifadə edə bilərlər. Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilmişdir. Həmin pandus əlil və uşaq arabasının salona rahat girməsi və oturacaqlardan birinin çölə çıxıb, əlil sərnişin əyləşdikdən sonra salonun içərisinə qayıtma imkanından istifadəsinə də imkan yaradır. Bu avtomobil Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2010-cu il 6 dekabr tarixli əmri ilə təsdiq edilmiş “Sərnişin stansiya qurğuları və avtomobilləri” AZS 425-2010 dövlət standartının tələblərinə tam cavab verir.

Şirkət haqqında:

“Bakı Taksi” MMC 27 aprel 2010-cu il tarixində təsis edilmişdir. Bakı şəhərində
taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 1000 ədəd bənövşəyi London Taxi TX 4 avtomobilləri gətirilmiş və taksi fəaliyyətinə 13 iyun 2011-ci il tarixində start verilmişdir.

Yükləmələr:

Taksi sifarişi üçün mobil tətbiqetməmimizi yükləyin:

Bizimlə əlaqə

  info@bakitaksi.az
  +99412 411 7471
  +99412 411 7483